Alim Əli oğlu Süleymanov

Aparat rəhbəri

22 sentyabr 1955-ci ildə Azərbaycan  Respublikası Zəngilan rayonunun Baharlı kəndində anadan olub.

1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 
1977-1983-cü illərdə təyinatla Zəngilan rayonu Mincivan qəsəbə səkkizillik  məktəbində tarix müəllimi işləyib. 
1983-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində laborant, kabinet müdiri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, baş müəllim vəzifəsində çalışıb, Universitet Elmi Şurasının üzvü olub. 1986-1990-cı illərdə BDU-da aspiranturada qiyabi təhsil alıb. 
1997-2000-ci illərdə  Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutu “Humanitar fənlər” kafedrasında,  2000-2014-cü illərdə ADİU-nun “Azərbaycan tarixi “ kafedrasında baş müəllim işləyib. 
2014-cü ilin sentyabr ayından 2015-ci ilin iyul ayınadək Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb. İyul ayından Dövlət Komitəsində Aparat rəhbəri vəzifəsinə təyin olunub.
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.

 
E-mail: info@scwra.gov.az
Telefon: (012) 492-09-73